Qaribaşvili Davos Forumunda iştirak etmək məqsədilə İsveçrəyə yola düşüb

16-01-2024, 14:26 6 dəfə baxılıb

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Davos Dünya İqtisadi Forumunda iştirak etmək məqsədilə İsveçrəyə yola düşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, Baş nazirin forum çərçivəsində keçiriləcək panel müzakirələrində çıxışı planlaşdırılır.

Səfər çərçivəsində hökumət başçısı ikitərəfli görüşlər də keçirəcək.

Gürcüstan nümayəndə heyətinə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031