İsrail ordusu Qəzzada daha üç girovun meyitini aşkar edib

24-05-2024, 22:00 54 dəfə baxılıb

 

İsrail Müdafiə Qüvvələri əməliyyat zamanı Qəzza zolağının şimalında daha üç girovun meyitini aşkar edib.

"Azerinews.az"  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumatda bildirilib ki, 30 yaşlı Orion Hernández Radoux, 42 yaşlı Hanan Yablonka və 59 yaşlı Mişel Nisenbaum meyitləri tapılıb.

IDF bildirib ki, "etibarlı kəşfiyyat məlumatları"na görə, onlar oktyabrın 7-də öldürülüb və onları meyitləri HAMAS tərəfindən oğurlanaraq Qəzzaya aparılıb.

Son vaxtlara qədər onlarla bağlı heç bir məlumat olmadığı üçün həmin girovların sağ olduqlarına ümid edilirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031