Çin iki həftə ərzində COVID-19 pandemiyasının başlandığını gizlədib

18-01-2024, 22:00 7 dəfə baxılıb


Çinli elm adamları ölümcül koronavirusu ölkə hakimiyyətinin bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bildirməsindən iki həftə əvvəl müəyyən ediblər.

Bu barədə ABŞ Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Çinli tədqiqatçı 28 dekabr 2019-cu ildə SARS-CoV-2 strukturunun, demək olar ki, tam ardıcıllığını verilənlər bazasına yükləyib. Bu bazanın ABŞ hökuməti tərəfindən idarə olunduğu məlum olub.

Ekspertlərin fikrincə, bu iki həftə COVID-19 pandemiyasına qarşı mübarizədə mühüm rol oynaya bilərdi. Bu, təkcə virusun necə yayıldığını müəyyən etməyə deyil, həm də vaksinlərin və qoruyucu vasitələrin vaxtında hazırlanmasına aiddir.


“Bu, Çin hökumətinin yaydığı məlumatların düzgünlüyünə dair nə qədər ehtiyatla yanaşmalı olduğumuzu vurğulayır”, - deyə Fred Hutçinson Xərçəng Araşdırma Mərkəzinin virusoloqu Cessi Blum bildirib.

Nəşr qeyd edib ki, o vaxt Çin səlahiyyətliləri Uhandakı epidemiyanı “mənşəyi naməlum” viruslu pnevmoniya kimi qələmə verib və onun yarandığı topdansatış dəniz məhsulları bazarını həmin vaxt bağlamamışdı.

Mənbə: The Wall Street Journal






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031