Umerovun təhlükəsizlik səbəbindən səfərini ləğv etdiyi bildirilir

18-01-2024, 22:30 2 dəfə baxılıb

 

Ukraynanın müdafiə naziri Rüstəm Umerov bu gün Fransaya planlaşdırılan səfərini ləğv edib.

“azerinews.az” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, Umerov səfərindən bir qədər əvvəl Fransa Müdafiə Nazirliyini məsələ ilə bağlı məlumatlandırıb. Umerovun təhlükəsizlik səbəbindən səfərini ləğv etdiyi bildirilir. 

O, fransalı həmkarı Sebastyan Lekornyu ilə görüşməli və “artilleriya koalisiyası” üzrə konfransa start verməli idi. Görüşün onlayn formatda keçiriləcəyi gözlənilir. 

Ukrayna Müdafiə Nazirliyi isə nazirin səfərinin ləğvini şərh etməyib. 

Qeyd edək ki, ötən ilin dekabrında Fransada Ukraynaya dəstəklə bağlı “artilleriya koalisiyası”nın fəaliyyət göstərəcəyi məlum olub. Sözügedən koalisiya Ukrayna ordusuna silah-sursat və artilleriya qurğularının göndərilməsinin təmini ilə məşğul olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031