ABŞ keçmiş prezidentin ölkəyə girişinə qadağa qoydu

18-01-2024, 14:29 2 dəfə baxılıb

 

ABŞ Dövlət Departamenti korrupsiyada ittiham etdiyi Qvatemalanın keçmiş prezidenti Alexandro Giammatteyin səlahiyyət müddəti başa çatdıqdan üç gün sonra ABŞ-yə girişini qadağan edib.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat verib.

“Dövlət Departamenti Giammatteyin Qvatemala prezidenti olduğu müddətdə dövlət vəzifələrini yerinə yetirməsi müqabilində rüşvət aldığı, qanunun aliliyinə və hökumətin şəffaflığına xələl gətirən hərəkətlərə yol verdiyinə dair etibarlı məlumatlara sahibdir”, - deyə bəyanatda bildirib.

Həmçinin Giammatteyin ABŞ-yə girişinə qadağa qoyulduğu qeyd edilib.

Bəyanatda ABŞ-nin Qvatemalada və Qərb yarımkürəsində şəffaflığı və idarəçiliyi gücləndirməkdə qərarlı olduğu, buna xələl gətirənlərin əməllərinə görə hesab verməsi üçün bütün vasitələrdən istifadə edəcəyi vurğulanıb.

ABŞ, həmçinin ölkə demokratiyasına zərbə vurmaqda ittiham olunan Qvatemalanın yüzlərlə məmuruna və vətəndaşına qarşı sanksiya tətbiq edib.

Xatırladaq ki, 2023-cü il avqustun 20-də ölkədə keçirilən prezident seçkisinin ikinci turunda qalib gələn Bernardo Arevalo yalnız yanvarın 14-də Konqresdə and içə bilib və Alexandro Giammattey vəzifəsini tərk edib.

Mənbə: Haber Global






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930