İran və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

18-01-2024, 14:53 10 dəfə baxılıb

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

"azerinews.az" xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

İran XİN rəhbəri region ölkələrinin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu bildirib.

Nazir qeyd edib ki, terror qruplarına qarşı birgə və qətiyyətli mübarizə bütün region ölkələrinin ümumi məsuliyyətidir.

Abdullahian, həmçinin İran Prezidenti İbrahim Rəisinin yaxın gələcəkdə Ankaraya səfərinin regional təhlükəsizliyin yaxşılaşdırılmasında təsirli rol oynayacağını bildirib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930