İranda seçkilərin ikinci turu olacaq

29-06-2024, 12:36 129 dəfə baxılıb

İyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçiriləcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, ikinci turda İranın Ali liderinin respublikanın Milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və keçmiş səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.

“Hesablamaların nəticələrinə görə, Məsud Pezeşkian və Səid Cəlili prezident seçkilərinin ikinci turuna keçib”, -  məlumatda deyilir. 

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Prezidentlik yarışında 4 siyasətçi iştirak edir: mühafizəkarlardan Məhəmməd Baqer Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi və islahatçı Məsud Pezeşkian.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930