Makron seçkidə uduzdu

1-07-2024, 11:26 120 dəfə baxılıb

 

Fransa prezidenti Emmanuel Makronun koalisiyası parlament seçkilərinin birinci turunda 20,76 faiz səs toplayaraq üçüncü yerdə qərarlaşıb.

Məlumata görə, parlamentdəki Milli Birlik fraksiyasının keçmiş rəhbəri Marin Le Pen bildirib ki, partiya parlament seçkisinin birinci turu zamanı "makronist bloku məhv edib". Onun sözlərinə görə, səsvermənin ikinci turu həlledici olacaq.

Qeyd edək ki, iyunun 30-da Fransada parlament seçkilərinin birinci turu keçirilib. İlkin məlumata görə, ən çox səsi sağçı Milli Mitinq partiyası toplayıb. Onu vətəndaşların 34,2%-i dəstəkləyib.

İkinci və üçüncü yerləri sol partiyaların "Yeni Xalq Cəbhəsi" və "Respublika Naminə Birgə" prezident blokunun koalisiyası tutur. Onlara müvafiq olaraq ölkə sakinlərinin 29,1%-i və 21,5%-i səs verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930