“Gürcüstanın Aİ-yə qoşulması prosesi dayandırılıb”

9-07-2024, 11:40 131 dəfə baxılıb

 

“Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırılıb”.

“Azerinews.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinskiy deyib.

Onun sözlərinə görə, ölkənin hazırkı rəhbərliyinin niyyəti Aİ liderləri üçün aydın deyil: ““Xarici təsirin şəffaflığı haqqında” qanun 9 bənd üzrə nailiyyətləri geri atır. Bununla yanaşı, Qərb, Avropa əleyhinə ritorika Avropa İttifaqına vəyan edilən üzvlük məqsədi ilə tamamilə uyğun gəlmir”.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Bu qanun ölkədə vətəndaşların, eləcə də Aİ-nin tənqidlərinə səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031