Abdullahian Pakistana gedir

22-01-2024, 14:42 2 dəfə baxılıb


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 29-u Pakistana səfər edəcək.

“azerinews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan və İranın Xarici İşlər nazirliklərinin birgə bəyanatında qeyd olunub.

Bununla yanaşı, yanvarın 26-na qədər hər iki ölkənin səfirləri geri dönərək fəaliyyətlərini bərpa edəcəklər. 

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Zərbələrin ardınca Pakistan İrana nota verib, daha sonra İrandakı səfirini geri çağırıb. Pakistanın İrana raket hücumu nəticəsində isə 9 nəfər həyatını itirib. Yanvarın 19-u isə Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tamamilə bərpa etmək qərarına gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930