Lavrov Rusiyanın MDB-yə sədrliyi dövründə prioritet vəzifəsini açıqlayıb
MDB ölkələri ortaq keçmişləri haqqında həqiqəti müdafiə etmək üçün birgə çalışacaqlar. "Azerinews.az" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasına videomüraciətində deyib.
Onun sözlərinə görə, ortaq keçmiş haqqında həqiqəti müdafiə etmək Rusiyanın 2024-cü ildə MDB-yə sədrliyi dövründə prioritet olaraq qalacaq.
Bundan əlavə, Rusiya XİN başçısı 2025-ci ilin MDB-də Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi, nasizmə qarşı mübarizədə sülh və birlik ili elan edildiyinə diqqət çəkib.