Sumqayıtda tekstil müəssisəsi yanır

19-06-2025, 12:14 7 dəfə baxılıb

Sumqayıtda tekstil müəssisəsi yanır

Sumqayıtda tekstil müəssisəsində yanğın baş verib.

Hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan müəssisədə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.

İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.

Faktla bağlı araşdırma gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031