Neft “OPEC+” səkkizliyinin hasilatla bağlı qərarından sonra ucuzlaşıb

7-07-2025, 10:00 8 dəfə baxılıb

Neft “OPEC+” səkkizliyinin hasilatla bağlı qərarından sonra ucuzlaşıb

Dünya bazarında neft “OPEC+”un 8 ölkəsinin görüşündən sonra ucuzlaşır.

Bunu ticarət məlumatları sübut edir.

Bununla yanaşı, görüşdə avqust ayında neft hasilatının maksimum səviyyəsinin artırılması barədə qərar qəbul edilib.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,44 % azalaraq 1 barel üçün 68 ABŞ dolları, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,36 % azalaraq 66,26 ABŞ dolları təşkil edib.

“OPEC+”un 8 ölkəsi - Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman avqust ayında neft hasilatının maksimum səviyyəsini gündəlik 548 min barel artıracaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031