Ermənilər Xocalı və Şuşada meşəlik əraziləri minalayıblar - Tədbirlər görülür

2-02-2024, 12:22 0 dəfə baxılıb

Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, azad edilən ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri 36 000 hektaradək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib.

Onlardan 10 400-ü piyada əleyhinə mina, 3 300-ü tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı olub.

Vətən müharibəsindən sonra 480 kilometrə qədər təmas xətti boyu 2 kilometr dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 kilometrə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb.

Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar əsasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930