ABŞ səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verdi

26-02-2024, 11:36 5 dəfə baxılıb

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

“Azerinews.az” xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

“Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-nin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur”, - deyə səfir qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930