Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olundu - FOTO

6-04-2024, 15:56 118 dəfə baxılıb

 

Ali Məhkəməyə yeni təyin edilən hakimlər - Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub.

 "Azerinews.az" xəbər verir ki, onları kollektivə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov təqdim edib.

 Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

 Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

 

1337049






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031