Türkiyənin millət vəkili Şamil Ayrım Gəncədə olub

9-04-2024, 11:21 137 dəfə baxılıb

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım Gəncə şəhərinə səfər edib. Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, səfər çərçivəsində o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları iştiark ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Daha sonra Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirə abidəsi ziyarət edilib, şəhidlərin ruhuna ehtiram ifadə olunub.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında olan tarixi dostluq və qardaşlıq münasibətlərindən söz açılıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Bildirilib ki, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər.
Görüşdən sonra türkiyəli millət vəkili Şamil Ayrım Gəncə şəhərinin gəzməli-görməli yerləri, tarixi abidələri və mədəniyyət ocaqları ilə tanış olub.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930