Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə yürüş keçirilir

29-10-2023, 12:00 47 dəfə baxılıb

Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə yürüş keçirilir.

“Azerinews.az”ın məlumatına görə, yürüş Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunun binasının önündən başlayaraq Qafqaz İslam Ordusunun Gəncədəki ilk əməliyyatları zamanı şəhid olmuş 13 əsgərinin xatirəsinə ucaldılmış abidənin qarşısına qədər davam edəcək.

Tədbirdə 100 türkiyəli və 100 azərbaycanlı tələbə, konsulluğun əməkdaşları, habelə Gəncə şəhərinin ictimai nümayəndələri iştirak edir.

Yürüş başa çatdıqdan sonra abidə önünə çələng qoyulacaq, baş konsul Rəcəb Öztop çıxış edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031