ATİB IlhamƏliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini dəstəkləyir

11-01-2024, 13:47 2 dəfə baxılıb

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat verib. 

“azerinews.az” xəbər verir ki, bəyanat Birliyin İdarə Heyətinin ötən gün keçirilən iclasında İdarə Heyəti üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Bəyanat 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlıdır: “2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş xalqımız və qəhrəman ordumuz tərəfindən ərazi bütövlüyü təmin edilmiş ölkəmizin bütün ərazisində keçiriləcək, ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsbit edərək zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə vəsiqə alacaqdır. 30 illik işğala son qoyulduqdan sonra doğma torpaqlarına qayıdan insanların ilk dəfə öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəyi bu seçkilər Azərbaycan dövlətçiliyinin tarixində yeni və parlaq bir dövrün başlanğıcı olacaq.

Məlum olduğu kimi dövlətimizin nail olduğu bu şanlı zəfərin müəllifi Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülüb və Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb.

Azərbaycan Respublikası və qardaş Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ənənəvi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafı istiqamətində dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizin və qardaş Türkiyə Respublikasının iş adamlarının daxil olduğu sahibkarlıq ictimaiyyətinin potensialını dövlətimizin və xalqımızın maraqları ətrafında birləşdirmək istiqamətində yarandığı 2004-cü ildən bəri əhəmiyyətli rol oynayan Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) 10 yanvar 2024-cü il tarixdə keçirilmiş İdarə Heyətinin iclasında İdarə Heyəti üzvləri tərəfindən yekdilliklə qəbul edilən qərara əsasən müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini dəstəklədiyini qürur hissi ilə bəyan edir, bu tarixi seçkilərdə ona uğurlar arzulayır və keçirələcək seçkilərin məntiqi nəticəsinin tariximizə parlaq bir səhifə kimi həkk olunaraq qüdrətli dövlətimizin və qalib xalqımızın sınmaz iradəsinin təzahürü olmasını diləyir.

Uğurlar cənab Prezident!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930