Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət verilib - YENİLƏNİB

29-10-2023, 21:36 10 dəfə baxılıb

Oktyabrın 29-da Bakıda Heydər Əliyev Mərkəzində Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

"Azerinews.az" xəbər verir ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.


18:37

Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət verilir.

“Azerinews.az”ın xəbərinə görə, tədbir Türkiyənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Ziyafətdə diplomatik korpusun nümayəndələri, siyasətçilər, ictimai xadimlər, Milli Məclisin sədri Sahibə Qafarova, Qafqaz Müsəlman İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, QHT nümayəndələri, hərbi atteşelər, Milli Məclisin deputatları, media nümayəndələri və digər rəsmilər iştirak edirlər.

Rəsmi ziyafətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına videomüraciəti gözlənilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930