Quterreş COP29-da iştirak etmək niyyətindədir

2-05-2024, 14:41 216 dəfə baxılıb

 BMT Baş katibi Antonio Quterreş Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətindədir.

“Azerinews.az” xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulunda BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.

Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını deyib.

Dövlət başçısı vurğulayıb ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930