Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”

2-05-2024, 14:43 91 dəfə baxılıb

 

“Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası zamanı tarixi tikililər qorunub saxlanılır”.

Bu barədə “Report”a açıqlamasında Azərbaycanın azad edilmiş ərazilərinə səfəri ilə bağlı təəssüratlarını bölüşən norveçli səyahətçi Liz Resvold bildirib.

“Burada çox gözəl yerlər var, Qarabağın təbiəti valehedicidir. Bu ərazilərdə bərpa işlərinin aparıldığının şahidi olduq. Sevindirici haldır ki, burada yeni binalar tikilməklə yanaşı, qədim tikililər də qorunub saxlanılır. Bu, çox yaxşı haldır, çünki onların hər birinin öz hekayəsi var”, - o vurğulayıb.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930