Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak sui-qəsdə məruz qalaraq güllələnən Baş nazir Robert Fitsonun həyatı üçün təhlükənin olmadığını bilidirib.
"Hamımız bir az sakitləşdik, onun həyatı təhlükədə deyil", - o deyib.
Həkimlər də öz növbəsində siyasətçi üçün təhlükənin sovuşduğunu qeyd ediblər.
Fitsonun müalicəsi Banska Bıstritsadakı Ruzvelt xəstəxanasında davam edir, onun başqa klinikaya köçürülməsi planda yoxdur.
Xatırladaq ki, mayın 15-də Qandlova şəhərində 71 yaşlı kişi Fitsoya beş atəş açıb, dörd güllə baş nazirə dəyib. O, ilk cərrahiyyə əməliyyatını cümə axşamı gecəsi, digərini isə cümə günü keçirib.
Mənbə: İnterfaks