Tehranda Rəisi ilə vida mərasimi keçirilir - Video

22-05-2024, 13:13 159 dəfə baxılıb

 

Tehranda helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər vəzifəli şəxslərlə vida mərasimi keçirilir.

“Azerinews.az” “IRIB” telekanalına istinadən xəbər verir ki, mərasim İranın Ali rəhbəri Əli Xameneyinin rəhbərliyi ilə baş tutur.

Vida mərasimində, həmçinin hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, parlamentin spikeri Məhəmməd Baqer Qalibaf iştirak edir. 

Xatırladaq ki, İbrahim Rəisinin cənazəsi daha sonra paytaxtdan doğulduğu Məşhəd şəhərinə aparılacaq və İran lideri mayın 23-də orada dəfn ediləcək. Hüseyn Əmir Abdullahian isə mayın 23-də Tehranda Şah Əbdül-Əzim abidə kompleksinin ərazisində dəfn ediləcək.













Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930