Azərbaycanın investisiya imkanları Davosdakı İqtisadi Forumda təqdim edilib

19-01-2024, 11:41 3 dəfə baxılıb

 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Ticarət və investisiya liderliyi naharı” sessiyasında iştirak edib.

Bununla bağlı nazir rəsmi “X” hesabında paylaşım edib. 

Paylaşımda bildirilir:

“Davos İqtisadi Forumu çərçivəsində baş tutan “Ticarət və investisiya liderliyi naharı” sessiyasında Azərbaycanın investisiya imkanları, işğaldan azad edilmiş ərazilərimizin, sənaye zonalarımızın yüksək iqtisadi potensialı və zəngin resurslarımızın dayanıqlı inkişaf üçün perspektivləri barədə məlumat verdik. 

Rəqəmsal həllər əsasında iqtisadi inkişafın, dövlət-özəl tərəfdaşlığını təmin edən layihələrin artırılmasının və investisiyaların diversifikasiyasının əhəmiyyətini vurğuladıq”.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930