Tramp: ABŞ-ın siyasəti dolları "öldürür"

6-09-2024, 09:11 4 dəfə baxılıb

Tramp: ABŞ-ın siyasəti dolları "öldürür"

ABŞ hakimiyyəti dolları dünya valyutası kimi öz əlləri ilə öldürür, digər dövlətlərə, o cümlədən Rusiyaya qarşı sanksiyalar tətbiq edir.

Bunu ABŞ-ın keçmiş prezidenti, prezidentliyə hazırki namizəd Donald Tramp deyib.

"Mən sanksiyalar tətbiq etdim, amma onları çox tez qaldırdım, çünki sonda dolları və onun təmsil etdiyi hər şeyi öldürürlər. Dünya valyutası kimi dolları itirsək, bu, müharibədə məğlubiyyətə bərabər olacaq",- o bildirib.

Trampın sözlərinə görə, hazırkı Amerika administrasiyası məhdudlaşdırıcı tədbirlərdən sui-istifadə edir:

"Digər dövlətlər, o cümlədən Rusiya öz işini görür və lovğalanır ki, artıq bizə ehtiyac yoxdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031