Ombudsmanın vəsatəti ilə ötən il 15 məhkum əfv edilib

7-03-2025, 12:03 3 dəfə baxılıb

Ombudsmanın vəsatəti ilə ötən il 15 məhkum əfv edilib

Ombudsman məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, müntəzəm olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına vəsatətlər göndərib, həmin komissiyanın iclaslarında iştirak edib. Ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 879, 2024-cü ildə isə 15 məhkum əfv edilib.

Bu sözləri ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ni təqdim edərkən deyib.

Müvəkkil qeyd edib ki, həbs yerlərində saxlanılan şəxslərin və məhkumların sağlamlıq hüquqlarının daha səmərəli təmini üçün tibbi məlumatların elektron qeydiyyatının aparılması, müəssisələrdə tibbi xidmətlərin sosial xidmətlərə daha sıx inteqrasiyası üzrə zəruri tədbirlərin görülməsi təklif olunur. Bundan başqa, penitensiar müəssisələrdə cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar məhkumların cəzadan azad olunmalarına dair müraciət etmələri ilə bağlı mümkün məhdudiyyətlərin aradan qaldırılması və onların bu hüququnun effektiv həyata keçilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə müvafiq təqdimatların göndərilməsində olan problemlərin həlli zəruridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930