Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

27-03-2025, 10:25 5 dəfə baxılıb

Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb

Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 26 nəfərə çatıb.

Bu barədə “Yonhap” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Həmçinin 30 nəfərin xəsarət aldığı, 37 minə yaxın insanın evlərini tərk etməyə məcbur olduğu bildirilib.

Məlumata görə, 325 obyekt, o cümlədən 117 yaşayış evi yanğından zərər çəkib.

Ölkənin cənub-şərqində meşə yanğınları martın 21-də başlayıb. Hökumət üç bölgədə - Ulsan şəhəri, Kyonsan-Pukto və Kyonsan-Namdo əyalətlərində fəlakət rejimi elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930