Anar Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib

29-01-2024, 12:51 8 dəfə baxılıb


Heydər Əliyev Sarayında yeni təyinat olub.

"Azerinews.az" məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.

Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.

Xatırladaq ki, sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə - 2023-cü ilin noyabrında təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031