Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq

1-07-2025, 11:46 3 dəfə baxılıb

 
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu çərçivəsində gənclərin fəaliyyət planı hazırlanacaq.

Bunu gənclər və idman naziri Fərid Qayıbov Ağdamda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, Ağdamda ECO Gənclər Forumu ilk dəfədir keçirilir:

"Bu, tarixi hadisədir. Azərbaycanda uğurlu gənclər siyasəti aparılır. Ölkədə xeyli sayda gənclər təşkilatları var. Bundan başqa, ölkəmizdə xeyli sayda tədbirlər keçirilir. İşğaldan azad edilmiş ərazilər dirçəlir. Gənclər isə hər zaman işlərin əsas aparıcı qüvvəsi olub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930