Azərbaycan Kuboku: II təsnifat mərhələsi başlayıb, “Qarabağ”ın rəqibi bəlli olub
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
“Azerinews.az” xəbər verir ki, ilk olaraq üç qarşılaşma baş tutub.
İrəvan səfərdə “Araz Saatlı”nı 4:1 hesabı ilə məğlub edib. Komanda 1/8 finalda “Kür-Araz” – “Araz-Naxçıvan” cütünün qalibi ilə üz-üzə gələcək.
MOİK isə “Cəbrayıl”dan üstün olub – 4:0. Ordu klubu növbəti raundda “Qarabağ”a rəqib olub.
“Difai Ağsu”ya 1:0 hesabı ilə qalib gələn “Karvan” isə 1/8 finalda “Lerik” – “Sumqayıt” duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, günün digər oyunlarında “Səbail” hazırda “Şəfa” ilə qarşılaşır. Premyer Liqa təmsilçisi 3:0 hesabı ilə öndədir. Günün son görüşündə “Turan Tovuz” “Göygöl”ü qəbul edəcək.
II təsnifat mərhələsinin digər matçları 29-30 noyabrda olacaq.