Amil Kəpəzdə qol hesabını açdı
Futbol üzrə ölkə çempionatında 21-ci tura yekun vurulub. Zirveyolu.info xəbər verir ki, sonuncu oyun günündə 1 görüş keçirilib.
Ev oyunlarını Qəbələ şəhər stadionunda keçirən "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edib. Ehtiram Şahverdiyevin dubl etdiyi, Amil Yunanovun fərqləndiyin oyun "Kəpəz"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
5 fevral (bazar ertəsi)
15:00. “Kəpəz”– “Araz-Naxçıvan” - 3:1
Qollar: Ehtiram Şahverdiyev, 19 (1:0), Orxan Əliyev, 28 (1:1), Ehtiram Şahverdiyev, 34 (2:1), Amil Yunanov, 69 (3:1)
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev
Qəbələ şəhər stadionu
Turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
3 fevral
“Sabah” – “Turan Tovuz” - 1:1
“Səbail” – “Qarabağ” - 1:2
4 fevral (bazar)
“Qəbələ” – “Zirə” - 1:1
“Sumqayıt” – “Neftçi” - 2:1
1. Qarabağ-50
2. Sumqayıt-34
3. Neftçi-32
4. Zirə-31
5. Sabah-27
6. Araz-Naxçıvan-27
7. Səbail-27
8. Turan Tovuz-26
9. Kəpəz-20
10. Qəbələ-15