“Barselona” Çempionlar Liqasının tarixinə düşüb

13-03-2024, 11:59 98 dəfə baxılıb

 

İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Kataloniya təmsilçisi buna evdə “Napoli”yə 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda nail olub.

Hazırkı ölkə çempionu qarşılaşmanın ilk dəqiqələrində 16 yaşlı Lamin Yamal və 17 yaşlı Pau Kubarsi star heyətində meydana buraxıb.

Turnir tarixində heç bir klub indiyədək 18 yaşına çatmamış birdən çox futbolçunu ilk 11-likdə meydana buraxmayıb.

Qeyd edək ki, rəqibini 3:1 hesabı ilə məğlub edən “Barselona” 1/4 finala vəsiqə qazanıb. Neapoldakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.

Mənbə: Opta






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031