Millimiz Avropa birinciliyində 11 boksçu ilə təmsil olunacaq

4-04-2024, 13:26 117 dəfə baxılıb

 Bu gün Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.

“Azerinews.az” xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan millisi qüvvəsini sınayacaq.

Yığmamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Məşqçilər korpusu Poreçdə Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), İbrahim Zeynalov (63,5 kq), Abbasqulu Şadlinski (67 kq), Ziya Həsənov (71 kq), Lalə Mədətova (48 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (66 kq) şans verəcək.

Komandaya Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev isə referilər sırasında yer alacaq.

Qeyd edək ki, yarışda 35 ölkədən 376 (253 oğlan, 123 qız) boksçunun iştirakı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930