“Qəbələ”nin menecerinə ağır cəza
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu ilə bağlı qərarlarını açıqlayıb. “Azerinews.az” xəbər verir ki, 4 futbolçusu sarı vərəqə alan birincilər 700 manat cərimələnib.
Görüşün fasiləsində hakimləri təhqir edən “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı 3-ü şərti olmaqla 5 matçlıq sanksiya ilə üzləşib, klubunu 4000 manat ziyana salıb. Ona 3 ay sınaq müddəti verilib.
5 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” isə 700 manat cərimə olunub.