AFFA-dan dava düşən oyunla bağlı cəzalar

10-05-2024, 14:10 128 dəfə baxılıb

 AFFA İntizam Komitəsi mayın 8-i AFFA U-16 Liqasında keçirilən “Kəpəz” – “Qəbələ” oyununda yaşanan insidentlə əlaqədar qərarlar çıxarıb.

“Azerinews.az” xəbər verir ki, buna matçından sonra qonaq komandanın bəzi futbolçularının döyülməsi səbəb olub. Qərara əsasən, oyun vaxtı rəqib oyunçu və hakimi təhqir etdiyinə görə "Kəpəz"in 2 futbolçusu 3 və 4 oyun, 2 oyunçusu rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanıb. Bu cəza bütün liqalara şamil edilir.

Bundan başqa, oyun bitdikdən sonra "Kəpəz" PFK U-16 komandasının 2 azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq “Kəpəz” PFK U-16  komandası 500 manat cərimə edilib. Bundan başq, “Kəpəz” PFK U-16-nın növbəti 10 ev oyunu azarkeşsiz keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031