Renat Dadaşov Mauro İkardi ilə ilk “5-lik”də

14-05-2024, 13:00 103 dəfə baxılıb

 Azərbaycan millisinin futbolçusu Renat Dadaşov 2023/2024 mövsümündə Türkiyə Superliqasında qol şanslarından ən çox istifadə edən hücumçuların sırasında yer alıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə “DataMB Türkiye” siyahı açıqlayıb.

24 yaşlı forvard 22,727 % göstərici ilə beşinci pillədə qərarlaşıb. 

Renat Dadaşov “Adana Dəmirspor”da çıxış edən MBaye Nyanq (29,630 %), “Qalatasaray”dan Mauro İkardi (23,596 %), “Pendikspor”dan Mam Tiam, “Kasımpaşa”dan Nuno da Koştadan ( hər ikisi 23,077 %) geri qalır.

Qeyd edək ki, futbolçu ötən il İsveçrə təmsilçisi “Qrasshopper”dən “Hatayspor”a icarəyə verilib. O, cari mövsüm çempionatda 6 qola imza atıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930