“Sabah” final seriyasının ilk oyununu uduzdu
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçirilib.
“Azerinews.az” xəbər verir ki, “Sabah” və “Xəzri” komandaları “Sərhədçi" İdman Mərkəzində üz-üzə gəliblər.
Qarşılaşma 90:75 hesabı ilə “Xəzri”nin xeyrinə başa çatıb.
Seriyanın növbəti oyunları mayın 19-da və 22-də baş tutacaq. Üç qələbə qazanan komanda Azərbaycan çempionu adına sahib çıxacaq.