Daha bir idmançımız dünya çempionu oldu

20-05-2024, 10:33 139 dəfə baxılıb

 Azərbaycanın paraatleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

“Azerinews.az” xəbər verir ki, o, T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə birinci olub.

Qeyd edək ki, daha əvvəl Avropa çempionu olan idmançı ilk dəfə mundialda qızıl medala yiyələnib. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medala sahib çıxıb. İdmançı Tokio paralimpiadasının bürünc medalçısıdır. İki gün əvvəl paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031