“Kəpəz”komandasına dəstək məqsədilə gəncəli futbol azarkeşləri ianə kampaniyasına start verib

8-06-2024, 15:53 202 dəfə baxılıb

 Azərbaycan futbolunda xüsusi izi olan və son illərdə ciddi maliyyə sıxıntıları yaşayan Gəncənin “Kəpəz”komandasına dəstək məqsədilə gəncəli futbol azarkeşləri ianə kampaniyasına start verib.
Bu məqsədlə şəhərin bir qrup ziyalıları, idmançılar, ictimai fəaliyyətləri tanınmış şəxslər bu ianə kampaniyasına qoşulub və hazırda kampaniya davam etməkdədir.
Kampaniyanın məqsədi, maliyyə çətinlikləri yaşayan kluba dəstək göstərməkdir. Məqsəd sırf ianələr hesabına klubu ayaqda tutmaq yox, eyni zamanda Azərbaycanda və ölkəmizdən kənarda yaşayan vətənpərvər iş adamlarının, imkanlı şəxslərin klubun maliyyə probleminin aradan qaldırılması işində diqqətini cəlb etməkdir.
Təşəbbüskarlar bütün Gəncə və Azərbaycan futbolsevərlərini bu kampaniyaya qoşulmağa dəvət edir.
Hələ ötən əsrin 50-ci illərindən yetişdirdiyi ölkəmizdən kənarda da adından söz etdirən Gəncə futbolu son illər durğunluq dövrünü yaşayır. Bunun da başlıca səbəbi maliyyədir.
Qeyd edək ki, "Kəpəz" klubu sonuncu ölkə çempionatını 9-cu yerdə bitirib. Komanda əksər ev oyunlarını Tovuz, Qəbələ və Bakıda keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930