Azərbaycan Paris-2024-də iştirak etməyəcək? - AÇIQLAMA

4-07-2024, 10:51 121 dəfə baxılıb

 

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasının mümkün ləğvi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb.

Məlumata görə, Fransada parlament seçkisinin birinci turundan sonra kütləvi etiraz aksiyaları fonunda Paris Olimpiyadasının təxirə salınması ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğu açıqlanıb.

Bəs kütləvi etirazlar davam edəcəyi təqdirdə təhlükəsizlik baxımından Azərbaycan idmançıları Paris-2024-də iştirak edəcəklər?

Məsələ ilə bağlı Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, təhlükəsizlik məsələlərinin təmin olunacağı təqdirdə idmançılarımız Olimpiya oyunlarında çıxış edəcəklər:

"Beynəlxalq Olimpiya Komitəsi yarışların keçirilməsi zamanı bütün təhlükəsizlik məsələlərinə çox diqqətlə yanaşır. Bundan əlavə olaraq isə Fransada baş verən hadisələrdən cavabdeh şəxs həmin ölkənin rəsmiləridir. Bizim təhlükəsizliyimizin təmin olunacağına zəmanət veriləcəyi təqdirdə, əlbəttə ki, Paris Olimpiya oyunlarında çıxış edəcəyik".

Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarının iyulun 26-da başlaması və avqustun 11-dək davam etməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930