Merih Demiral “Fənərbaxça”ya keçə bilər

9-07-2024, 14:01 118 dəfə baxılıb

 

Türkiyə millisinin və Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunun müdafiəçisi Merih Demiral “Fənərbaxça”ya keçə bilər. “Azerinews.az” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, İstanbul klubu təcrübəli oyunçu üçün artıq danışıqlara başlayıb. 

Qeyd edək ki, Merih Demiral “Fənərbaxça” Futbol Akademiyasının yetirməsidir. O, karyerası ərzində “Sportinq”, “Sassuolo”, “Yuventus” və “Atalanta” forması geyinib. O, ötən mövsüm transfer olunduğu “Əl Əhli”də 21 matçda meydan çıxıb, 1 qol, 1 assistlə yadda qalıb. 

Merih Demiral Türkiyə millisinin heyətində 48 oyun keçirib və 4 qol vurub. 

Müdafiəçi daha çox AÇ-2024-də Avstriyanın qapısına vurduğu iki qolla gündəmə gəlmişdi. O, qol sevincini “bozqurd” işarəsi tutaraq qeyd etmişdi və UEFA tərəfindən 2 oyunluq cəzalandırılmışdı. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930