Kriştianu Ronaldu 2023-cü il üçün şəxsi yekunlarını açıqlayıb

22-01-2024, 11:27 7 dəfə baxılıb

 

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2023-cü ildəki çıxışını dəyərləndirib.

“Mən konsentrasiyamı cəmlədim, əla mövsüm keçirməyim üçün motivasiyamda mühüm rol oynayan Luis Kastronun rəhbərliyi altında məşqçilər korpusu ilə “Ən-Nəsr”də əla mövsümöncəsi keçirdim. Bilirəm ki, hələ edəcəyim çox şey var. Bilirəm ki, “Ən-Nəsr” və milli komanda üçün çoxlu qol vura bilərəm. Şəxsi müstəvidə də bu il gözəl keçdi”, - deyə Ronaldu bildirib.

Qeyd edək ki, ötən ilin sonunda Kriştianu Ronaldu 54 qol vuraraq, ən yaxşı bombardir olub. Bu mövsüm portuqaliyalı 25 matçda meydana çıxıb, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Mənbə: Championat






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930