Azərbaycan sahibkarları "UzBuild 2024" sərgisinə dəvət olunur

5-02-2024, 17:14 1 dəfə baxılıb

Azərbaycan sahibkarları 27 fevral – 1 mart tarixlərində "lteca Exhibitions" və "ICA Eurasia Group"un birgə təşkilatçılığı ilə Daşkənd şəhərində keçiriləcək "Tikinti – UzBuild 2024" 25-ci Yubiley Özbəkistan Beynəlxalq İnşaat Sərgisinə dəvət olunur.

"Azerinews.az" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, builki sərgiyə Türkiyə, ABŞ, Hindistan, Çin, Koreya, Almaniya, İspaniya, İtaliya, Avstriya, Finlandiya, Danimarka, Niderland, İsveçrə, Polşa, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya və digər ölkələrdən 400-ə yaxın şirkət qatılacaq. "UzBuild 2024"də tikinti materialları sənayesində yeniliklər və ən son texnologiyalar, müasir tikinti texnikası, inşaat məhsulları və xidmətləri nümayiş olunacaq.

Sərgi çərçivəsində tikinti texnologiyaları və avadanlıqları üzrə ixtisaslaşmış bölmə – "BuildTech" və Beynəlxalq İnşaat Sənayesi Konfransı – ICCI keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930