Azərbaycanda yanvarda 720 kommersiya qurumu qeydiyyata alınıb

8-02-2024, 13:29 0 dəfə baxılıb

Bu ilin yanvar ayında Azərbaycanda 720 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 66,1 %-i elektron qaydada, 33,9 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 628-i (87,2 %) yerli investisiyalı, 92-si (12,8 %) xarici investisiyalıdır.

Ay ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 1 699 vahid təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 %, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 44 % artıb.

Fevralın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8 %-i MMC, 1,3 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və digər formalarda yaradılıb.

Yerli investisiyalı MMC-lərin elektron qeydiyyatının xüsusi çəkisi 76 % təşkil edib.

Hesabat dövründə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 73 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 10,1 %, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 11,7 % təşkil edib.

Ümumiyyətlə, yanvar ayında icra olunmuş elektron qeydiyyat ərizələrinin 403-ü və ya 84,7 %-i "ASAN İmza" vasitəsilə təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930