Gələn ay Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

29-11-2023, 17:33 2 dəfə baxılıb

Dekabrda 6-da Moldovada Azərbaycanla bu ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.

"Azerinews.az" Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə xəbər verir ki, bu barədə nazir Məcnun Məmmədovun Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə keçirdiyi görüşdə bildirilib.

Tərəflər iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını, bu sahələrdə imzalanmış və razılaşmada olan müqavilələri, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Xatırladaq ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri M.Məmmədovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031