AYNA: 134 nömrəli marşrut xəttinin istismarı dayandırılır

1-03-2024, 12:36 35 dəfə baxılıb

 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının kənd və qəsəbələri üzrə mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və səmərəsiz marşrutların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir.

“Azerinews.az” xəbər verir ki, AYNA-dan bildirilib ki, həyata keçirilən təhlil və monitorinq zamanı Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib.

Marşrutun həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarlamasını da nəzərə alaraq martın 1-dən 134 nömrəli avtobusların istismarı dayandırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031