Bakıda daha iki müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq
Bakıda daha iki müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq
Bakıda sərnişindaşıma həyata keçirən daha iki müntəzəm marşrut xətti üzrə avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.
"Azerinews.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Belə ki, yanvarın 27-dən NZS yaşayış massivi – Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi istiqamətində fəaliyyət göstərən 22 nömrəli, yanvarın 28-dən isə Sabunçu dəmiryol stansiyasını “Dərnəgül” metro stansiyası ilə əlaqələndirən 93 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Bakıda 180 marşrutdan 102-si nağdsız ödəniş sisteminə qoşulub. 2023-cü ildə 14 marşrut üzrə fəaliyyət göstərən 375 avtobusda kart sisteminə keçid olunub.