Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb

24-02-2024, 14:44 63 dəfə baxılıb

Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağıntılı keçir.

"Azerinews.az" xəbər verir ki, kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyev deyir ki, havanın nisbətən yağmurlu və soyuq keçməsi mart ayı üçün xarakterik haldır. Belə aqrometoroloji şəraitin kənd təsərrüfatı sisteminə çox böyük xeyri vardır və heç bir mənfi təsiri gözlənilmir.

Mütəxəssis qeyd edib ki, havanın temperaturu tumurcuqların məhvinə səbəb ola biləcək qədər mənfi olmayıb. Həmçinin yağmurlu hava şəraitinin taxılçılıq və dənli paxlalı bitkilərin əkinlərinə böyük faydası vardır. Habelə yazlıq bitkilərin əkinləri üçün şumlanmış sahələrin əkin qatında nəmliyin və rütubətin toplanmasına şərait yaradır.

M. Zəkiyevin sözlərinə görə, Muğan zonasında, xüsusilə dəmyə şəraitində əkilən taxıl sahələrində intensiv yağışlardan sonra xüsusi canlanma müşahidə olunmaqdadır.

Qeyd edək ki, hələ bir neçə gün də analoji hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930