AYNA: Bayram günlərində 2 400-dən çox reys həyata keçirilib

27-03-2024, 17:02 80 dəfə baxılıb

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalardan bayram ərəfəsində və bayram günlərində 2 416 reys həyata keçirilib, 64 min 296 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, martın 18-26-da bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 150-dən çox avtobus buraxılıb, 240-dan artıq əlavə reys təşkil olunub.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Martın 18-dən 27-nə kimi 13 min 288 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930